Ermənistan parlamentinin hakim "Mülki Müqavilə" fraksiyasından olan deputatı və Dövlət və Hüquq Məsələləri Komitəsinin rəhbəri Vladimir Vardanyan istefa ərizəsi təqdim edib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Əvvəllər Ermənistan prezidenti Vaaqn Xaçaturyanın Vladimir Vardanyanı Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizəd göstərdiyi bildirilirdi.
Reqlamentə əsasən, deputat istefa ərizəsini təqdim etdikdən sonra bir həftə ərzində geri götürərsə, Parlament sədri xüsusi bəyanat verir. Əgər onlar istefa ərizəsini geri götürməzlərsə, istefa protokolu tərtib edilir və bu protokol Parlament sədri tərəfindən imzalanır və oxunur.
Vardanyan 2003-cü ildən 2006-cı ilə qədər Konstitusiya Məhkəməsinin hüquqi məsləhət xidmətinin baş mütəxəssisi vəzifəsində çalışıb. 2006-cı ildən 2013-cü ilə qədər Konstitusiya Məhkəməsinin Beynəlxalq Müqavilələr şöbəsinə, 2013-cü ildən 2016-cı ilə qədər isə müvafiq xidmətə rəhbərlik edib. 2016-cı ildən 2018-ci ilə qədər Konstitusiya Məhkəməsinin müşaviri vəzifəsində çalışıb, 2019-cu ildə isə Konstitusiya Məhkəməsinin aparat rəhbəri olub. Elə həmin il Vardanyan "Mənim Addımım" blokunun tərkibində, 2021-ci ildə isə "Vətəndaş Müqaviləsi" partiyasının siyahısı ilə parlamentə seçilib.