İranın xarici işlər naziri Abbas Əraqçi Fransa prezidenti Emmanuel Makronu sərt şəkildə tənqid edib.
Modern.az xəbər verir ki, nazir prezidenti İsrail-ABŞ kolasiyasının İrana qarşı birgə müharibəsi ilə bağlı susqun olmaqda suçlayıb.
Makronun bu müharibəni pisləyən bir kəlmə də demədiyini qeyd edən Əraqçi bunları söyləyib:
"İsrail Tehranda yanacaq çənlərini partladanda və milyonlarla insanı zəhərli maddələrə məruz qoyanda Makron susdu".
"Makronun hazırkı narahatlığı İsrailin qaz obyektlərimizə hücumlarından deyil, təəssüf doğuran cavab tədbirlərimizdən qaynaqlanır", - Əraqçi əlavə edib