Modern.az

Bəzi qüvvələr "sentyabr müharibəsi" hazırlayır - Paşinyan

Bəzi qüvvələr "sentyabr müharibəsi" hazırlayır - Paşinyan

Dünya

Bu gün, 13:34

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsindəki "müharibə tərəfdarları"ndan bəhs edib:

"Müharibə tərəfdarları hər keçən gün getdikcə daha çox aşkara çıxır. Onlar sülhə qarşı olmadıqlarını iddia edirlər, lakin hakimiyyətə gələcəkləri təqdirdə sülh müqavilələrini yenidən nəzərdən keçirəcəklərini deyirlər. Açıq şəkildə demək istəyirəm: bu, təkcə ərazinin deyil, həm də Ermənistanın suverenliyinin itirilməsi ilə müharibəyə gətirib çıxarır".

Modern.az xəbər verir ki, Baş nazir  İrəvanda keçirdiyi brifinqdə qeyd edib ki, bəziləri nə dediklərini anlamırlar:

"Onların sitat gətirdikləri mətnlər başqa yerdə yazılıb və onlar sadəcə oxucudurlar. Üstəlik, deyilənləri başa düşməyən qüvvələr və siyasətçilər Ermənistanda heç bir rəsmi mövqe iddia etməməlidirlər".

Baş nazirin sözlərinə görə, sülhə qarşı olanların hakimiyyətə gəlişi qaçılmaz müharibə deməkdir, bu da seçkilərdən qısa müddət sonra, bu payızdan gec olmayaraq baş verə bilər.

Nikol Paşinyan bildirib ki, 2021-ci il seçkilərində Ermənistan xalqı 44 günlük müharibəni kimin təhrik etməsi sualına cavab verdi.

"Mən iki dəfə istefa verdim və xalq öz qərarını verdi", - deyə Paşinyan yenidən Baş nazir seçilməsini xatırladıb.

Ermənistanda seçkilər bu il iyunun 7-də keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı