Modern.az

Müstəqillik Bəyannaməmiz münaqişə bəyannaməsidir - Paşinyan

Müstəqillik Bəyannaməmiz münaqişə bəyannaməsidir - Paşinyan

Dünya

Bu gün, 13:50

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsini münaqişə və xarici asılılığa əsaslanan təhdid adlandırıb.

Modern.az xəbər verir ki, o bu barədə hökumət iclasından sonra keçirilən brifinqdə danışıb.

"Bu, Müstəqillik Bəyannaməsi deyil, münaqişə və nəticədə asılılıq bəyannaməsidir", - deyə Paşinyan bildirib.

Baş nazir deyib ki, Bəyannamədə Ermənistanın qonşularına qarşı təhdidlər var və bu şərtlər altında ölkə yalnız xarici dəstək ilə mövcud ola bilər.

Xarici yardım gözləntisi isə getdikcə daha çox asılılıq yaradır.

“Buna görə də, Müstəqillik Bəyannaməsi münaqişə və asılılıq bəyannaməsidir", - deyə Paşinyan bildirib.

Eyni zamanda, o, Konstitusiyada dəyişiklik edilməsi və Bəyannaməyə istinadın çıxarılmasını "daxili məsələ" olduğunu bildirib. Baş nazir iddia edir ki, məsələ xarici ölkələrlə müzakirə olunmur.

Nikol Paşinyan yeni Konstitusiya mətnində Müstəqillik Bəyannaməsinə istinadın olmayacağını bildirib.

Bəyannamədə Azərbaycanın Qarabağ ərazisinin Ermənistanla birləşdirilməsi qeyd olunub.

Rəsmi Bakı isə Ermənistandan Konstitusiyanı dəyişdirməyi tələb edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı