İraqın aviasiya orqanları ölkənin hava məkanının bağlı qalma müddətini ən azı bazar gününə qədər uzadıb.
Modern.az xəbər verir ki, bu barədə TASS-a mənbə məlumat verib.
"Hava məkanının bağlı qalma rejimi 22 mart saat 09:00-a qədər uzadılıb", - o deyib.
Mənbə qeyd edib ki, İraq üzərində hava məkanı fevralın 28-də günün birinci yarısında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı səbəbindən bağlanıb.
Qeyd edək ki, fevralın 28-dən bu günə qədər İran, Küveyt və Bəhreynin hava məkanı tam, Qətərin hava məkanı isə qismən bağlıdır.