Modern.az

Ay görünmədi - İranda bayramın vaxtı dəyişdi

Ay görünmədi - İranda bayramın vaxtı dəyişdi

Dünya

Bu gün, 10:12

İranda Şəvval ayının hilalının görünməməsi səbəbindən Ramazan bayramının sabah - 21 martda olacağı açıqlanıb.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, İslam İnqilabı İdarəsinə bağlı Aypara Müşahidə Mərkəzinin açıqlamasında bildirilib ki, bu gün İranda Şəvval ayının hilalı görünməyir. Buna görə də Ramazan bayramı 21 mart - şənbə günü başlayacaq.

Bu il Novruz da İranda 21 martda qeyd olunacaq.

Xatırladaq ki, İranda da Ramazan ayı Azərbaycanda olduğu kimi fevralın 19-dan başlamışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı