Modern.az

Biz havadan çox şey edirik, inqilabı yerdə İran xalqı etməlidir! - Netanyahu

Biz havadan çox şey edirik, inqilabı yerdə İran xalqı etməlidir! - Netanyahu

Dünya

Bu gün, 11:18

İsrailin Baş naziri Benyamin Netanyahu etiraf edib ki, İrana qarşı hava hücumları ilə rejim dəyişikliyinə nail olmaq çətindir. Onun sözlərinə görə, real rejim dəyişikliyi üçün "yer komponenti" tələb olunur.

Modern.az-ın məlumatına görə, Netanyahu mətbuat konfransında İranda bir ayətullahı digərinin əvəz etməsini “Hitleri Hitlerlə əvəz etməsi” kimi şərh edib.

O qeyd edib ki, İran xalqı sonda ayağa qalxmalıdır:

"Biz şərait yarada bilərik, amma onlar, bu şəraitdən düzgün anda istifadə etməlidirlər".

Benyamin Netanyahu bildirib ki, "inqilab "yalnız havadan" baş verə bilməz:

"Havadan çox şey etmək olar və biz bunu edirik, amma... yer komponenti də olmalıdır".

"Bu yer komponenti üçün bir çox variant var və mən bütün bu imkanları sizinlə bölüşməyəcəyəm", - Netanyahu jurnalistlərə deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı