İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrail kolisiyasına qarşı “Həqiqət vədi-4” əməliyyatının 67-ci dalğasının həyata keçirildiyini elan edib.
Modern.az xəbər verir ki, bu barədə İran KİV-i SEPAH-a istinadən məlumat yayıb.
SEPAH bugünkü əməliyyat dalğasının martın 20-də öldürülən general Əli Məhəmməd Nainiyə həsr olunduğunu bəyan edib.
Bu əməliyyat dalğasında ABŞ-ın Yaxln Şərqdəki "Əli Salem" bazası, hava və kosmik dron komandanlığı və təyyarələrin texniki xidmət anqarları, helikopterlərin avadanlıq və dəstək anbarları, ABŞ komandanlığı altındakı koalisiya qüvvələrinin əməliyyat mərkəzi, amerikalıların uzun və orta mənzilli kompleks və maye yanacaq sistemləri olan "Əl-Vəfa bazası"nda toplaşdığı raketdən müdafiənin erkən xəbərdarlıq radarları hədəfə alınıb.
Həmçinin, İsrailin peyk, radar və müdafiə mərkəzlərinin hədəfə alındığı da qeyd edilib.
SEPAH ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahuya xəbərdarlıq da edib.
“Qəddar Səddamın (İraqın devrilmiş prezidnti Səddam Hüseyn-red.) taleyi Trampı və cinayətkar Netanyahunu da gözləyir”.