Modern.az

İranın hücumları Qətərin qaz ixracına böyük zərbə vurdu

İranın hücumları Qətərin qaz ixracına böyük zərbə vurdu

Dünya

Bu gün, 14:58

İranın raket hücumları Qətərdə mayeləşdirilmiş təbii qazın (LNG) ixrac gücünü 17% azaldıb.

Modern.az xəbər verir ki, bu barədə "QatarEnergy" dövlət şirkəti məlumat yayıb.

"İstehsal müəssisələrimizə dəyən böyük ziyanın bərpası beş ilə qədər vaxt aparacaq və nəticədə Avropa və Asiya bazarlarına tədarük mənfi təsirlənəcək",- məlumatda deyilir.

Xatırladaq ki, İran çərşənbə günü İsrailin "Cənubi Pars" qaz yatağına hücumuna cavab olaraq "QatarEnergy"nin dünyanın ən böyük LNG müəssisəsi olan "Ras Laffan"ı vurub.

Qətərin enerji İşləri üzrə dövlət naziri və "QatarEnergy"nin prezidenti və baş direktoru Əl-Kaabi Çin, Cənubi Koreya, İtaliya və Belçikaya ixracın təsirlənəcəyini bildirib. O, bəzi uzunmüddətli LNG müqavilələri üzrə beş ilə qədər fors-major vəziyyət elan etmək məcburiyyətində qalacaqlarını da əlavə edib.

 

Sizə yeni x var
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı