Modern.az

Makron: Rusiya tankerini ələ keçirdik

Makron: Rusiya tankerini ələ keçirdik

Dünya

Bu gün, 17:27

Fransa dəniz qüvvələri Aralıq dənizində Rusiyanın "kölgə donanmasına" məxsus "Deyna" adlı tankeri ələ keçirib.

Modern.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.

"Beynəlxalq sanksiyaları aşaraq dəniz qanunlarını pozan bu gəmilər müharibədən qazanc əldə etmək üçün istifadə olunur. Onlar mənfəət toplamağa və Rusiyanın hərbi səylərini maliyyələşdirməyə çalışırlar. Biz isə kənarda qalmayacağıq",- Makron deyib.

O əlavə edib ki, İrandakı müharibə Fransanın Rusiyanın təcavüzkar müharibəsinin davam etdiyi Ukraynanı dəstəkləməsinə mane olmayacaq.

BBC-nin məlumatına görə, Mozambikdə bayraq altında olan tanker Murmansk limanından yola düşüb və saxta bayraq daşımaq şübhəsi ilə saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı