Cənubi Koreyanın Tedjon şəhərində avtomobil hissələri zavodunda baş verən yanğın nəticəsində azı 14 nəfər həlak olub.
Modern.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Bundan əvvəl 10 nəfərin öldüyü bildirilirdi.
Məlumata görə, hadisə nəticəsində iki yanğınsöndürən də daxil olmaqla 58 nəfər xəsarət alıb. İlkin məlumatlara əsasən, yanğın baş verən zaman zavodun ərazisində 170 nəfər olub.