İtaliyanın şimalında baş verən qar uçqunu iki xizəkçinin ölümünə səbəb olub.
Modern.az xəbər verir ki, bu barədə "Rai" telekanalı məlumat yayıb. Uçqun 25 xizəkçinin yamacda olduğu zaman baş verib. Kanalın məlumatına görə, beş nəfər xəsarət alıb.
Xilasetmə əməliyyatına beş helikopter cəlb olunub.