İran Silahlı Qüvvələri ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı ultimatumuna cavab verərək, ölkənin enerji obyektlərinə hücum olacağı təqdirdə Yaxın Şərqdəki ABŞ-a məxsus bütün enerji və informasiya infrastrukturunun hədəfə alınacağını bəyan edib.
Modern.az İranın Dövlət Televiziyasına (IRIB) istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir.
Məlumata görə, hərbi rəhbərlik Vaşinqtona xəbərdarlıq edərək bildirib ki, cavab zərbələri texnoloji mərkəzləri və digər strateji obyektləri də əhatə edəcək.
Qeyd edək ki, gərginlik Trampın 48 saat ərzində Hörmüz boğazı açılmayacağı halda İranın elektrik stansiyalarına zərbə endiriləcəyi ilə bağlı açıqlamasından sonra daha da artıb.