Modern.az

Tramp İrandan sonra ABŞ-ın əsas düşməninin kim olduğunu AÇIQLADI

Tramp İrandan sonra ABŞ-ın əsas düşməninin kim olduğunu AÇIQLADI

Dünya

Bu gün, 08:00

Ağ Ev rəhbəri Donald Tramp İrandan sonra Amerikanın ən böyük düşməninin Demokrat Partiyası olduğunu bildirib.

Modern.az xəbər verir ki, Tramp demokratları "son dərəcə səriştəsizlər" adlandırıb.

“İranın süqutundan sonra Amerikanın ən böyük düşməni Radikal Sol, son dərəcə səriştəsiz Demokrat Partiyasıdır!”, - deyə Tramp “Truth social” platformasında yazıb.

Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasında demokrat azlığın lideri Hakim Ceffris prezident Donald Trampı və “respublikaçı ekstremistləri” Yaxın Şərqdə “öz istəkləri ilə başlatdıqları düşüncəsiz müharibəyə” görə ittiham etmişdi.

“Amerikada rejim dəyişikliyinə ehtiyacımız var”, - deyə Ceffris deyib və əlavə edib ki, Trampın hərəkətləri səbəbindən ABŞ daha az təhlükəsiz olub.

Demokrat Partiyası Konqresin yuxarı palatasının - Senatın işini iflic etməyə hazırlaşır. Demokratlar prezidentin hərbi səlahiyyətləri ilə bağlı qətnamələr üzrə məcburi və təkrar səsvermə taktikasından istifadə etmək istəyirlər. Kaliforniyadan olan demokrat senator Adam Şiff bu qərarı İran əleyhinə hərbi əməliyyatın başlanmasına görə məsuliyyətin qəbul etdirilməsi ilə izah edib:

“Tarixdə özünü ən şəffaf adlandırmağı sevən bir administrasiya bu müharibəyə görə hər cür məsuliyyətdən gizlənir”.

“Time” jurnalının yazdığına görə, demokratlar respublikaçıların SAVE America Act adlı qanunu qəbul etmək planlarını pozmaq istəyirlər. Bu qanun federal seçkilərdə səsvermə qaydalarını sərtləşdirir.

SAVE qanunu Respublikaçılar Partiyasının üzvlərinin və Donald Trampın təşəbbüsüdür. Qanun layihəsinə əsasən, ABŞ vətəndaşları seçkilərdə səs vermək üçün fotoşəkilli etibarlı şəxsiyyət vəsiqəsi təqdim etməli olacaqlar.

Respublikaçılar bu qanunu 2026-cı ilin noyabrında keçiriləcək növbəti aralıq seçkilərdən əvvəl qəbul etmək istəyirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı