İsrail-ABŞ kolaisiyasının İranın şimal-qərbindəki Urmiya şəhərinə endirdiyi hava zərbəsi nəticəsində bir neçə yaşayış binasına ziyan dəyib.
Modern.az xəbər verir ki, bu barədə “Tasnim” Agentliyinin məlumatında bildirilib.
Agentliyin məlumatında tələfat barədə xəbər verilməyib.
Qeyd edək ki, Urmiya əsasən azərbaycanlıların yaşadığı şəhərdir.
İranın vitse-prezidenti Zəhra Behruzazarötən həftə bildirmişdi ki, ABŞ-İsrail hərbi əməliyyatı zamanı İslam Respublikasında 7943 yaşayış binası da daxil olmaqla ən azı 9669 mülki tikili zədələnib. O, xüsusilə 32 tibb mərkəzi, 65 məktəb və 13 Qızıl Aypara mərkəzinin zədələndiyini qeyd edib.