Modern.az

Putin Çinə gedir

Putin Çinə gedir

Dünya

Bu gün, 11:40

Rusiya prezidenti Vladimir Putinin Çinə səfərinin tarixi üzərində iş gedir və tezliklə açıqlanacaq.

Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə bildirib.

"Biz səfərə hazırlıq üzərində işləyirik. Düşünürəm ki, bu, tezliklə açıqlanacaq", - deyə nazir müavini Putinin Çinə səfərinin tarixi ilə bağlı sualı cavablandırarkən bildirib.

Çin prezidenti Si Cinpinin dəvəti ilə Putin 2025-ci ildə 31 avqust - 3 sentyabr tarixləri arasında dörd Çinə dördgünlük səfər edib. Səfər zamanı Rusiya lideri ŞƏT Dövlət Başçıları Şurasının iclasında iştirak edib, dövlət liderləri ilə bir neçə görüş keçirib və İkinci Dünya Müharibəsinin bitməsinin 80 illiyi münasibətilə Pekindəki Tiananmen Meydanında keçirilən hərbi paradda iştirak edib.

Sizə yeni x var
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı