Modern.az

Ermənistan İrana humanitar yardım göndərib 

Ermənistan İrana humanitar yardım göndərib 

Dünya

Bu gün, 12:45

Ermənistan İrana humanitar yardım göndərib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Parlamentin Xarici Əlaqələr Daimi Komitəsinin iclasında Hökumətin 2021-2026-cı illər üçün proqramının 2025-ci il üçün icrasının gedişi və nəticələri barədə hesabatın təqdimatı zamanı bildirib.

"Sizə bildirmək istəyirəm ki, Ermənistan artıq İran İslam Respublikasına humanitar yardım göndərib. Bu, əsasən tibbi ləvazimatlar idi. Və başqa cür ola da bilməzdi", - deyə Ermənistan xarici işlər naziri müxalif deputatın sualına cavab olaraq bildirib.

Deputatın Ermənistan hakimiyyətinin niyə bunu açıqlamamaq qərarına gəldiyi barədə sualına Mirzoyan sadəcə ehtiyac görmədiklərini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı