Modern.az

Türkiyə ilə sərhədlərin açılması məqamı yetişib - İrəvan

Türkiyə ilə sərhədlərin açılması məqamı yetişib - İrəvan

Dünya

Bu gün, 13:01

Ermənistan-Türkiyə dialoqu iki ölkə arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin tam açılması üçün kifayət qədər yetkindir.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Parlamentin Xarici Əlaqələr Komitəsinin iclasında danışıb. 

"Türkiyə-Ermənistan dialoqu davam edən proseslərin tam nəticəyə, yəni iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına və sərhədlərin tam açılmasına gətirib çıxarması üçün lazımi səviyyəyə çatıb. Bu, mübahisəli deyil və biz bunu türk həmkarlarımıza çatdırırıq",-deyə erməni XİN başçısı bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı