Modern.az

Parisə yeni mer seçildi

Parisə yeni mer seçildi

Dünya

Bu gün, 14:02

Solçu Sosialist Partiyasının namizədi Emmanuel Qrequar bələdiyyə seçkilərinin ikinci turundan sonra Paris meri seçilib.

Modern.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

48 yaşlı Qrequar səslərin 50,52%-ni toplayaraq Fransanın keçmiş mədəniyyət naziri Raşida Datini 9 faiz fərqlə üstələyib.

Paris meri vəzifəsinə üçüncü namizəd, solçu France Insoumise partiyasının nümayəndəsi Sofi Çikiru 7,96% səs toplayıb.

Qrequar hazırkı Paris meri Ann Hidalqonun müavini idi. Mərkəzçi Demokratik Hərəkat və prezident Emmanuel Makronun dəstəyindən yararlanan mərkəz-sağçı Respublikaçılar Partiyasının namizədi Dati seçkilərin ikinci turunun nəticələrinin elan edilməsindən sonra X sosial media səhifəsində səsvermənin nəticələrinin "gözləntiləri doğrultmadığını" yazıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı