Modern.az

Tramp İrana verdiyi 48 saatlıq müddəti ARTIRDI

Tramp İrana verdiyi 48 saatlıq müddəti ARTIRDI

Dünya

Bu gün, 15:22

ABŞ Prezidenti Donald Tramp İranın enerji infrastrukturuna hücumları 5 günlüyə təxirə saldığını açıqlayıb və tərəflər arasında danışıqların davam etdiyini bildirib.

Modern.az xəbər verir ki, ABŞ Prezidenti bu barədə "Truth social" platformasında qeyd edib.

Donald Tramp 22 martda İrana 48 saat vaxt vermişdi ki, Hörmüz boğazında gəmilərin maneəsiz keçidini bərpa etsin. Əks təqdirdə, İranın enerji infrastrukturuna dəhşətli zərbələr endiriləcəyini vəd etmişdi.

Tehran isə düşmənə eyni şəkildə cavab verəcəyini və bütün Yaxın Şərq bölgəsindəki bütün ABŞ və İsrail enerji infrastrukturunu, informasiya texnologiyaları qurğularını və duzsuzlaşdırma qurğularını qanuni hədəf hesab edəcəyini bildirmişdi. İran hakimiyyəti həmçinin ABŞ sahildə və ya İran adalarında quru əməliyyatı keçirmək qərarına gələrsə, bütün Fars körfəzini minalamaqla hədələmişdi.

Donald Tramp İranın enerji infrastrukturuna hücumu təxirə salmaq qərarın belə bəyan edib:

"Məmnuniyyətlə bildirirəm ki, ABŞ və İran İslam Respublikası son iki gündə Yaxın Şərqdə hərbi əməliyyatların tam və qəti şəkildə dayandırılması ilə bağlı çox yaxşı və məhsuldar müzakirələr aparıblar. Həftə ərzində davam edəcək bu dərin, ətraflı və konstruktiv müzakirələrin gedişatına və tonuna əsaslanaraq qərar verdim. Bu kontekstdə, davam edən görüşlərin və müzakirələrin uğurla başa çatması şərtilə, Müdafiə Nazirliyinə İrandakı elektrik stansiyalarına və enerji infrastrukturuna edilən hər hansı bir hərbi hücumu 5 gün təxirə salmağı tapşırdım".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı