Modern.az

Marqarita Simonyan bəlalardan qurtulmur: uşağı da ağır xəstədir

Marqarita Simonyan bəlalardan qurtulmur: uşağı da ağır xəstədir

Dünya

Bu gün, 16:44

Rusiyanın RT teletekanalının rəhbəri Marqarita Simonyan ailəsini yaxalayan bəlalardan qurtula bilmir.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Simonyanın uşaqlarından birinin sağalmaz xəstəliyə tutulduğu bildirilir. Həkimlər optimist proqnozlar vermirlər, Simonyan isə vəziyyəti əsl fəlakət adlandırır.

"Tiqran (ərini nəzərdə tutir-red.) komaya düşəndə məlum oldu ki, uşaqlarımızdan biri çox ağır xəstədir. Və onu sağaltmaq mümkün deyil. Mən bu barədə geniş danışmaq istəmirəm. Bu, sadəcə bir fəlakətdir", - o qeyd edib.

Marqarita Simonyanın əri Tiqran Keosyan 2024-cü ilin dekabrında komaya düşmüşdü. Daha sonra o, 26 sentyabr 2025-ci ildə 59 yaşında ürək xəstəliyindən vəfat etmişdi.

Ərinin ölümündən sonra Marqarita Simonyanın özündə ağır xəstəlik - onkoloji problem aşkarlanıb. Ötən ilin oktyabr ayında başlayan kimyaterapiya kursu çətinliklə davam edir. O, müalicənin istənilən nəticəsi ilə əvvəlcədən razılaşdığını etiraf edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı