Modern.az

Putin Paşinyanla telefon danışığı apardı

Putin Paşinyanla telefon danışığı apardı

Dünya

Bu gün, 16:50

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bəyanat yayıb.

 "Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub",- bəyanatda deyilir.

"İkitərəfli münasibətlərin gələcək inkişafının müxtəlif aspektləri, o cümlədən ticarət-iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlıq müzakirə edilib", - Kreml bəyan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı