İran ABŞ Prezidenti Donald Tramp üçün bir neçə sürpriz hazırlayıb.
Modern.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat verib.
"Trampın boş vədlərinə baxmayaraq, İran qarşıdakı günlər üçün müharibənin nəticəsini daha da aydınlaşdıracaq sürprizlər hazırlayıb", - deyə nəşr qeyd edib.
Agentliyin mənbəyi, həmçinin ABŞ prezidentini telefonunu və sosial medianı kənara qoymağa, səmanı və neft qiymətlərini izləməyə çağırıb.
Daha əvvəl Tramp Pentaqona İranın enerji infrastrukturuna hücumu beş gün təxirə salmağı tapşırdığını açıqlayıb.
O, həmçinin ABŞ və İranın son iki gündə məhsuldar danışıqlar apardığını bildirib.