Yaxın Şərqdəki münaqişə fonunda Böyük Britaniyada kənd təsərrüfatı texnikası sahiblərinə yanacaq satışına məhdudiyyətlər tətbiq olunub.
Modern.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" məlumat yayıb.
Bildirilib ki, Esseks qraflığında və Şotlandiyanın bəzi bölgələrində topdansatış təchizatçılar dizel yanacağının miqdarına rasionlaşdırma tətbiq ediblər. “Anglia Farmers” şirkətinin sözçüsü Patrik Krehan bildirib ki, "Topdansatış təchizatçıları mümkün qədər çox sorğunu ödəmək üçün sifariş həcmlərini azaltmalı olublar. Məsələn, bir fermerə 10 ton yerinə, müxtəlif fermerlərə 2 ton çatdırırlar".
Bazar ertəsi günü Baş nazir Kir Starmer İcmalar Palatasında bildirib ki, Yaxın Şərqdəki döyüşlərə baxmayaraq, ölkədə enerji təchizatına dair “ciddi narahatlıq” yoxdur. O vurğulayıb ki, hökumət planlarını hazırlayarkən “münaqişənin bir müddət uzadılması” ehtimalını nəzərə alır.