Modern.az

Azərbaycanlılar qonşu ölkədən deportasiya olundu

Azərbaycanlılar qonşu ölkədən deportasiya olundu

Dünya

Bu gün, 12:50

Gürcüstanda son bir neçə gün ərzində 105 xarici vətəndaş ölkədən çıxarılıb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Miqrasiya Departamenti məlumat yayıb.

Bildirilib ki, digər aidiyyəti qurumlarla birgə həyata keçirilən kompleks tədbirlər nəticəsində 20-dən çox ölkənin vətəndaşları deportasiya olunub. Onların arasında Türkiyə, Hindistan, Çin, Rusiya və Azərbaycan vətəndaşları da var.

Qeyd olunub ki, deportasiya edilən şəxslərin hamısına qanunvericiliyə uyğun olaraq 5 ilədək Gürcüstana yenidən giriş qadağası tətbiq edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV