Modern.az

İran ABŞ ilə danışıqlarda "tələ"yə düşməkdən QORXUR

İran ABŞ ilə danışıqlarda "tələ"yə düşməkdən QORXUR

Dünya

Bu gün, 17:07

İran hakimiyyəti ABŞ ilə müharibənin tənzimlənməsi ilə bağlı aparılan danışıqları ehtiyatla qarşılayır və bunun “tələ” ola biləcəyindən narahatdır.

Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" İran və ərəb rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Tehranda hesab edirlər ki, ABŞ-la mümkün şəxsi görüşlər İran parlamentinin sədri Məhəmməd-Bağır Qalibafın həyatına təhlükə yarada bilər. Bildirilir ki, Vaşinqton məhz onunla danışıqlar aparmaq niyyətindədir. Qeyd olunur ki, Qalibaf müharibə müddətində İsrailin hücumlarının hədəfi olmayıb.

Bundan əlavə, ABŞ-ın sabiq prezidenti Donald Trampın enerji infrastrukturuna zərbələrdən əvvəl beşgünlük fasilə ilə bağlı açıqlamaları da Tehranda şübhə doğurub. İran tərəfi hesab edir ki, bu addım neft qiymətlərini müvəqqəti aşağı salmaq və sonradan hücumları bərpa etmək məqsədi daşıya bilər.

Sizə yeni x var
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV