ABŞ komandanlığı ABŞ ordusunun 82-ci Hava-Desant Diviziyasının komandirinə və zabitlərinə Yaxın Şərqə göndərilmələri əmr edib.
Modern.az Fox News-a istinadən xəbər verir ki, 82-ci Hava-Desant Diviziyasının komandiri general-mayor Brendon Teqtmeyer və onun komandanlıq heyətinə Yaxın Şərqə göndərilmək əmri verilib.
"Pentaqon və Ağ Ev hazırda bütün diviziyanın quru əməliyyatları üçün bölgəyə göndərilməsi ehtimalını nəzərdən keçirirlər".
Kanal qeyd edir ki, ABŞ-ın İranın Xarq adasını ələ keçirmək və ya İran daxilində digər əməliyyatlar aparmaq üçün quru bölmələrindən istifadə etmək planları barədə əvvəllər məlumatlar yayılmışdı. Bu arada, göyərtəsində dəniz ekspedisiya batalyonu olan ABŞ Hərbi Dəniz Qüvvələrinin amfibiya desant qrupu Hörmüz boğazına doğru gedir. Məlumata görə, qrupun boğaza çatması üçün daha bir neçə günə ehtiyacı olacaq.
Dəniz piyadalarının missiyasına İran adalarına və ya Fars körfəzi sahillərində əraziləri nəzarətə almaq öhdəliyi daxil ola bilər.
Xatırladaq ki, 82-ci Hava-Desant Diviziyası (Fort Liberty, Şimali Karolina) ABŞ Ordusunun ən elit və döyüşə hazır bölmələrindən biridir və paraşüt hücumları və sülhməramlı əməliyyatlar üzrə ixtisaslaşıb. 1917-ci ildə yaradılan diviziya İkinci Dünya Müharibəsində bir sıra uğurlu desant əməliyyatları ilə yadda qalıb.