ABŞ İranla müharibəyə son vermək üçün 15 bəndlik plan hazırlayıb.
Modern.az Qərb KİV-nə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar Pakistanın vasitəçiliyi ilə aparılır.
Donald Tramp danışıqlarda israr edir, lakin müqavilənin formatı, iştirakçıları və şərtləri hələ də qeyri-müəyyəndir. İranın nüvə silahlarından imtina etməsinin əsas tələb olacağı gözlənilir.
Mümkün danışıqlar xəbərləri fonunda neft qiymətləri düşüb və fond bazarları yüksəlib. Bu arada, İranla danışıqlara İsrail tərəfi soyuq yanaşır.