ABŞ İrana Yaxın Şərqdə müharibəyə son qoymaq və regionda gərginliyi azaltmaq məqsədi daşıyan 15 maddəlik tələblər toplusu təqdim edib.
Modern.az xəbər verir ki, Pakistan vasitəsilə İran rəhbərliyinə təqdim olunan sənəddə əsas diqqət ölkənin nüvə energetikasına, raket proqramına, region ölkələrindəki proksi qüvvələrinə və Hörmüz boğazı ilə bağlı vəziyyətə aiddir.
Həmin tələblər toplusunu təqdim edirik.
1. İran mövcud nüvə porensialını ləğv etməlidir.
2. İran heç vaxt nüvə silahı əldə etməyəcəyinə dair öhdəlik götürməlidir.
3. İran torpağında heç bir uran zənginləşdirilməsi həyata keçirilə bilməz.
4. İran yaxın gələcəkdə 450 kq 60% zənginləşdirilmiş uranın hamısını MAQATE-yə təhvil verməlidir.
5. İranın nüvə obyektləri - Nətənz, İsfahan və Fordo - ləğv edilməlidir.
6. MAQATE-yə İran daxilində tam giriş, şəffaflıq və nəzarət veriləcək.
7. İran regional proksi paradiqmasından imtina etməlidir.
8. İran regional proksilərini maliyyələşdirməyi, istiqamətləndirməyi və silahlandırmağı dayandırmalıdır.
9. Hörmüz boğazı yenidən açılmalı və sərbəst gəmiçilik yolu kimi fəaliyyət göstərməlidir.
10. İranın raket proqramı mənzil və miqdar baxımından məhdud olmalıdır, dəqiqləşdirnmələr daha sonra müəyyən ediləcək.
11. İran raketlərdən yalnız özünümüdafiə üçün istifadə edə biləcək.
12. İrana qarşı bütün sanksiyalar tamamilə ləğv ediləcək.
13. Amerika Birləşmiş Ştatları Buşer Atom Elektrik Stansiyasında elektrik enerjisi istehsalı da daxil olmaqla, İrana mülki nüvə proqramının inkişafında kömək edəcək.
14. Əgər İran şərtləri pozarsa, bütün sanksiyalar yenidən tətbiq olunacaq.
15. Sanksiyaların avtomatik bərpası üçün geri çəkilmə mexanizmi ləğv ediləcək.