Modern.az

İran ABŞ ilə danışıqlar aparmır – XİN-dən açıqlama

İran ABŞ ilə danışıqlar aparmır – XİN-dən açıqlama

Dünya

Bu gün, 11:07

İran ABŞ ilə heç bir danışıqlar aparmır.

Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi açıqlama verib.

O bildirib ki, İranla ABŞ arasında hər hansı danışıqlar mövcud deyil: “İrana qarşı qanunsuz müharibənin başladığı gündən bu yana 25 gün ərzində də heç bir təmas olmayıb”.

Rəsmi nümayəndə əlavə edib ki, İran üçün ABŞ danışıqlar təcrübəsi “fəlakətli” olub.

Qeyd edək ki, ABŞ İrana Yaxın Şərqdə müharibəyə son qoymaq və regionda gərginliyi azaltmaq məqsədi daşıyan 15 maddəlik tələblər toplusu təqdim etdiyi qeyd olunub. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV