Modern.az

ABŞ-İran danışıqlarının keçiriləcəyi ŞƏHƏR

ABŞ-İran danışıqlarının keçiriləcəyi ŞƏHƏR

Dünya

Bu gün, 13:31

ABŞ və İran arasında mümkün danışıqların keçiriləcəyi məkan açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi “Corriere della Sera” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, tərəflər arasında danışıqlar bu həftəsonu Pakistanın paytaxtı İslamabadda baş tuta bilər.

“Düşünürəm ki, danışıqlar bu həftəsonu İslamabadda keçirilə bilər. Gözlənilir ki, gündəlik yalnız nüvə enerjisi ilə məhdudlaşmayacaq. Bu dəfə raket proqramı, İrana bağlı silahlı qruplar və ölkənin təhlükəsizlik zəmanətləri də müzakirə mövzusu olacaq”, – deyə Qrossi qeyd edib.

Xatırladaq ki, martın 23-də ABŞ prezidenti Donald Tramp İranla “dərin və konstruktiv” danışıqlar aparıldığını açıqlamış və bununla əlaqədar Hörmüz boğazının blokadası ilə bağlı son tarixi uzatmışdı. Bundan əvvəl isə Tramp ultimatuma əməl olunmayacağı təqdirdə İranın enerji obyektlərinə zərbə endiriləcəyi ilə hədələmişdi.

Bununla belə, Tehran Vaşinqtonla hər hansı danışıqların aparıldığını təkzib edib.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Vaşinqton bu əməliyyatın əsas məqsədinin Tehranın nüvə proqramını məhdudlaşdırmaq və ölkənin nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu bildirib.

Məlumata görə, ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatlarından tam imtina etməsini və üç nüvə obyektinin sökülməsini tələb edir. İran isə uzun illərdir uranı zənginləşdirmək hüququnu qoruduğunu bildirir və son hücumlar zamanı belə fəaliyyət göstərmədiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV