Belarus Prezidenti Aleksandr Lukaşenko Şimali Koreyanın paytaxtı Pxenyana səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
Lukaşenkonu hava limanında KXDR baş nazirinin birinci müavini Kim Tok Hun və Belarusun xarici işlər naziri Maksim Rıjenkov qarşılayıblar.
Bildirilib ki, səfərin əsas məqsədi iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş dostluq müqaviləsinin imzalanmasıdır.
Belarus XİN rəhbəri Maksim Rıjenkov qeyd edib ki, tərəflər arasında geniş qarşılıqlı maraqlar mövcuddur və bu məsələlər imzalanacaq sənəddə öz əksini tapacaq.