Modern.az

ABŞ ilə İsrail yalnız onlara təhlükəsizlik zəmanəti verdi

ABŞ ilə İsrail yalnız onlara təhlükəsizlik zəmanəti verdi

Dünya

Bu gün, 15:05

İsrail və ABŞ İranın xarici işlər naziri Abbas Araqçı və parlament sədri Məhəmməd Bağır Qalibaf üçün müvəqqəti təhlükəsizlik zəmanətləri veriblər.

Modern.az xəbər verir ki, bu barədə İsrailin “TV Channel 14” kanalı öz mənbələrinə istinadən məlumat verir.

Kanalın məlumatına görə, potensial hücumlara qarşı "müvəqqəti toxunulmazlıq" ən azı 5 gün müddətində qüvvədə olacaq. Qeyd olunur ki, bu addım İran rəhbərliyinin nümayəndələri ilə birbaşa və ya dolayı danışıqları asanlaşdırmaq üçün görülüb.

Məlumatın ABŞ, İsrail və ya İran hakimiyyəti tərəfindən rəsmi təsdiqi hələ yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV