Modern.az

İsrail kəşfiyyatçısı öldürüldü

İsrail kəşfiyyatçısı öldürüldü

Dünya

Bu gün, 15:32

İsrail ordusu Livanın cənubunda baş verən döyüşlər zamanı hərbçisinin həlak olduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 21 yaşlı baş çavuş Ori Qrinberq Livanın cənubundakı sərhədyanı kəndlərdən birində keçirilən əməliyyat zamanı öldürülüb. Petah-Tikva şəhərindən olan hərbçi “Qolani” briqadasının elit kəşfiyyat bölməsində xidmət edib.

Məlumata görə, hadisə gecə saatlarında baş verib. “Sayyeret Qolani” batalyonunun bölmələri düşmənin dayaq nöqtələrindən birinə doğru irəliləyərkən silahlı qruplaşmaların hədəfli atəşinə məruz qalıb. Nəticədə Qrinberq ölümcül yaralanıb və hadisə yerində həyatını itirib.

Eyni insident zamanı daha iki israilli hərbçi yaralanıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra İsrail ərazisinə təxliyə edilərək xəstəxanaya yerləşdiriliblər.

Qeyd olunur ki, İsrail tərəfi Livanın cənubunda fəaliyyət göstərən “Hizbullah” qruplaşmasını ölkə ərazisinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirməkdə ittiham edir. İddialara görə, hücumlar bəzən mülki evlərdən həyata keçirilir.

Bundan əvvəl İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin qüvvələrinin Livanın cənubunda Litani çayına qədər ərazilərə nəzarət etdiyini açıqlamışdı. Onun sözlərinə görə, bölgədə təhlükəsizlik tam təmin olunmadan yerli sakinlərin geri qayıtmasına icazə verilməyəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV