Modern.az

ABŞ-nin İrana qarşı son zərbə planı: Tramp üçün 4 hərbi ssenari

ABŞ-nin İrana qarşı son zərbə planı: Tramp üçün 4 hərbi ssenari

Dünya

Bu gün, 16:27

Pentagon İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyat planları üzərində işləyir.

Modern.az xəbər verir ki, Axios nəşri ABŞ rəsmilərinə və mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, söhbət son zərbə kimi qiymətləndirilən və həm quru qoşunlarının istifadəsini, həm də intensiv bombardmanı ehtiva edən ssenarilərdən gedir.

Məlumata görə, ABŞ-nin sabiq prezidenti Donald Trump üçün bir neçə alternativ variant hazırlanıb. Bu planlara İranın Fars körfəzində yerləşən və strateji əhəmiyyət daşıyan adalara müdaxilə, onların blokadaya alınması, eləcə də regionda mühüm nəqliyyat marşrutlarının nəzarətə götürülməsi daxildir. Xüsusilə, İranın enerji ixracında mühüm rol oynayan ərazilərin hədəf alınmasının nəzərdən keçirildiyi bildirilir.

Mənbələrin sözlərinə görə, planlardan biri Hörmüz boğazına nəzarəti gücləndirən adalara müdaxiləni, digəri isə İranın neft ixracını həyata keçirən gəmilərin bloklanmasını əhatə edir. Bundan əlavə, strateji baxımdan vacib hesab olunan adaların ələ keçirilməsi də mümkün ssenarilər sırasında göstərilir.

Eyni zamanda, ABŞ hərbçilərinin İran ərazisinin daxilinə yönəlmiş quru əməliyyatları planlaşdırdığı da qeyd olunur. Bu əməliyyatların əsas məqsədinin nüvə obyektlərində saxlanılan yüksək zənginləşdirilmiş uranın təhlükəsizliyini təmin etmək olduğu vurğulanır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV