Monqolustan hökumətinin başçısı Qombojavın Zandanşatar vəzifəsindən azad edilməsi barədə ərizə verib.
Modern.az xəbər verir ki, bu barədə onun baş katibi Yanquuqiyn Sodbaatar məlumat verib.
"Bu gün Monqolustan Xalq Partiyası Şurasının iclasında qlobal vəziyyətlə əlaqədar ölkədəki sosial-iqtisadi vəziyyət və parlamentin fəaliyyətinin dayandırılması ilə bağlı problemlər müzakirə edilib. İclasda Baş nazir Qombojavın Zandanşatar öz təşəbbüsü ilə istefa ərizəsi verib", - o deyib.
Şura Zandanşatarın istefa ərizəsini qəbul edib. Partiyanın fraksiyası bu məsələni qanuna uyğun şəkildə müzakirə edəcək.
"Qərar plenar iclasda parlament komitələrinin və deputatların müzakirəsinə çıxarılacaq", - Sodbaatar əlavə edib. (TASS)