İran ABŞ qoşunlarını öz ərazisinə daxil olmağa icazə verməklə tələyə salacaq.
Modern.az xəbər verir ki, bu sözləri ABŞ ordusunun təqaüdçü zabiti Daniel Devis bildirib.
O, X sosial media platformasında yazıb: "İran Hörmüz boğazında ABŞ-ın quru qüvvələri üçün ölümcül bir tələ hazırlayır və Vaşinqtonun buna düşməsini gözləyir".
Bundan əvvəl analitik Mark Sleboda Yaxın Şərqdə uzunmüddətli münaqişənin ABŞ üçün arzuolunmaz olduğu fikrini bildirmişdi, çünki ABŞ-nin vacib sursat ehtiyatları məhduddur.
"The Wall Street Journal" qəzeti ABŞ-ın İranla üç həftəlik münaqişədə 2,9 milyard dollar ziyan çəkdiyini bildirib.