ABŞ-a məxsus F-16 qırıcı təyyarəsi İran hava məkanında zədələndikdən sonra Səudiyyə Ərəbistanında məcburi eniş edib.
Modern.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, təyyarə ölkənin qərbində yerləşən hərbi bazalardan birinə enib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı da X sosial şəbəkəsində məlumatı təsdiqləyib. Bildirilib ki, təyyarə ABŞ-nin İrana qarşı əməliyyatları çərçivəsində döyüş uçuşundan sonra Yaxın Şərqdəki bazalardan birinə eniş edib.