Modern.az

61 nəfər hərbi xidmətdən yayındığı üçün saxlanılıb

61 nəfər hərbi xidmətdən yayındığı üçün saxlanılıb

Dünya

Bu gün, 10:28

Sankt-Peterburqda keçirilən reyd zamanı hüquq-mühafizə orqanları Rusiya vətəndaşlığı almış, lakin hərbi xidmət öhdəliyindən yayınan 61 nəfəri müəyyən edib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yoxlamalar Sofiya küçəsində yerləşən tərəvəz bazasında və Moskva şossesində iri pərakəndə satış şəbəkəsinin paylama mərkəzində aparılıb.

Məlumata görə, reyd zamanı ümumilikdə 700-dən çox şəxs yoxlanılıb, onlardan təxminən 500-ü xarici vətəndaş olub. Yoxlamalar zamanı 30 qeyri-qanuni miqrant aşkarlanaraq polis bölmələrinə aparılıb və miqrasiya qanunvericiliyini pozduqlarına görə məsuliyyətə cəlb olunublar.

“Xüsusi diqqət vətəndaşlıq almış şəxslərə yönəldilib. Onlardan 61 nəfərin hərbi xidmət öhdəliyindən yayındığı müəyyən edilib. Məsələnin operativ həlli üçün həmin şəxslər hərbi komissarlıqların nümayəndələrinə təhvil verilib”, - deyə məlumatda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Yağış Bakını iflic etdi - Paytaxtdan ŞOK GÖRÜNTÜLƏR