Tailand İran İslam Respublikası ilə neft tankerlərinin Hörmüz boğazından təhlükəsiz şəkildə keçməsinə icazə vermək barədə razılığa gəlib.
Modern.az xəbər verir ki, bu barədə Tailandın Baş naziri Anutin Çaarnvirakul məlumat verib.
O bildirib ki, əldə olunan bu razılaşma ölkənin yanacaq idxalı ilə bağlı narahatlıqları azaldacaq.