Modern.az

BƏƏ-də yaralananların sayı 178 çatıb

BƏƏ-də yaralananların sayı 178 çatıb

Dünya

Bu gün, 15:57

İranın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərazisinə həyata keçirdiyi hücumlar nəticəsində yaralananların sayı 178 nəfərə çatıb.

Modern.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi “X” platformasında yaydığı gündəlik məlumatda bildirib.

“178 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb - yüngüldən orta və ağır vəziyyətədək. Yaralananlar arasında təxminən 30-a yaxın ölkənin vətəndaşları var".

Nazirliyin açıqlamasına görə, onların arasında Rusiya vətəndaşları yoxdur:

"Hücumlar nəticəsində BƏƏ Silahlı Qüvvələrinin iki hərbçisi, silahlı qüvvələr tərəfindən işə cəlb edilmiş Mərakeş vətəndaşı olan bir mülki şəxs, eləcə də Pakistan, Nepal, Banqladeş və Hindistan vətəndaşı olan səkkiz mülki şəxs həlak olub", - deyə məlumatda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qardaş ölkə hərbi əməliyyata başladı: Qoşunlar sərhədi keçdi