Modern.az

Rusiya XİN-dən sərt açıqlama: “Dayanın! Siz artıq həddi keçmisiniz"

Rusiya XİN-dən sərt açıqlama: “Dayanın! Siz artıq həddi keçmisiniz"

Dünya

Bu gün, 16:34
İranda, o cümlədən “Buşehr” Atom Elektrik Stansiyasına qarşı həyata keçirilən hücumlar bütün beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənməlidir.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, İrana qarşı hücum edən tərəflər Yaxın Şərqdə apardıqları müharibədə riskləri nəzərə almadan gərginliyi daha da artırırlar:

“Təcavüzkarlar Yaxın Şərqdəki müharibədə risklərə, o cümlədən genişmiqyaslı radioaktiv çirklənmə təhlükəsinə məhəl qoymadan vəziyyəti daha da gərginləşdirirlər”.

Zaxarova qeyd edib ki, martın 27-də İrana hücum edən dövlətlər Xondabdakı ağırsulu kompleksə və Ərdəkandakı uran filizi konsentratı istehsal edən zavoda məqsədli zərbələr endiriblər. Bundan dərhal sonra isə “Buşehr” AES ətrafının yenidən atəşə tutulması ilə bağlı məlumatlar yayılıb.

Diplomat vurğulayıb ki, bu hücumlar dünya ictimaiyyəti tərəfindən birmənalı və sərt şəkildə pislənməlidir.

O, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbərliyinin də yaranmış təhlükə ilə bağlı daha aydın mövqe ortaya qoymalı olduğunu bildirib:

“Ümid edirik ki, MAQATE-nin baş direktoru Rafael Qrossi İran hakimiyyətindən birbaşa aldığı obyektiv məlumatlar əsasında aqressorlara təcili və açıq şəkildə sadə bir mesajı çatdıracaq:

“Dayanın! Siz artıq həddi keçmisiniz. Amma hələ də daha böyük cinayətlər törətməmək, günahsız qurbanların sayını artırmamaq və faciəni qlobal fəlakət miqyasına çatdırmamaq şansınız var”.

Zaxarova əlavə edib ki, İrandakı dinc nüvə obyektlərinə hücumlar geosiyasi maraqlar naminə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin mexanizmlərini də faktiki olaraq iflic edir.

Rusiya XİN sözçüsü bildirib ki, Moskva İranın rəqiblərinin bu destruktiv xəttini qətiyyətlə pisləyir və onları dərhal dayanmağa çağırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qardaş ölkə hərbi əməliyyata başladı: Qoşunlar sərhədi keçdi