Modern.az

İran ABŞ-nin xüsusi kəşfiyyat təyyarəsini VURDU

İran ABŞ-nin xüsusi kəşfiyyat təyyarəsini VURDU

Dünya

Bu gün, 10:41

Martın 27-də İranın Səudiyyə Ərəbistanında Şahzadə Sultan Hərbi Hava Bazasına raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbə nəticəsində ABŞ-yə məxsus xüsusi kəşfiyyat təyyarəsi də zədələnib.

Modern.az xəbər verir ki, bu barədə “The Wall Street” Journal Amerika və ərəb rəsmilərinə istinadən məlumat yayıb.

Cümə günü Şahzadə Sultan Hərbi Hava Bazası hücuma məruz qalıb. Nəticədə 12 amerikalı hərbi qulluqçu yaralanıb, bir neçə təyyarə, o cümlədən iki ədəd “GKC-135” yanacaqdoldurma təyyarəsi zədələnib.

Zədələnən təyyarələr arasında real vaxt rejimində döyüşlərdə uzaq məsafədən raketləri, pilotsuz aparatları və təyyarələri izləmək üçün istifadə olunan erkən xəbərdarlıq və idarəetmə sisteminə malik “E-3 Sentry” də olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Qardaş ölkə hərbi əməliyyata başladı: Qoşunlar sərhədi keçdi