Çeçenistan ərazisində əhalinin qorunması məqsədilə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Modern.az xəbər verir ki, bu barədə "Çeçnya Seqodnya" agentliyi məlumat yayıb.
Qeyd edilib ki, Çeçenistan başçısı Ramzan Kadırov bu barədə müvafiq sərəncam imzalayıb.
Fövqəladə rejimin tətbiqinə səbəb güclü yağışlar, dağlarda leysanlar, yağış və sulu qar şəklində yağıntılar, çaylarda suyun səviyyəsinin təhlükəli həddə qədər yüksəlməsi və kiçikhəcmli sellərin baş verməsidir.