Modern.az

Hindistan tankerləri Hörmüz boğazını keçdi

Hindistan tankerləri Hörmüz boğazını keçdi

Dünya

Bu gün, 18:12

Hindistana mayeləşdirilmiş təbii qaz daşıyan daha iki tanker Hörmüz boğazını təhlükəsiz şəkildə keçib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Hindistanın Neft və Təbii Qaz Nazirliyindən bildirilib.

Məlumata görə, "BW TYR" tankerinin martın 31-də Mumbaya, "BR ELM" tankerinin isə aprelin 1-də Nyu-Manqalor limanına çatacağı gözlənilir.

Qeyd olunub ki, regionda Hindistan gəmilərinin və dənizçilərinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülür. Son 24 saat ərzində onların iştirakı ilə hər hansı insident qeydə alınmayıb.

Hazırda Fars körfəzinin qərb hissəsində Hindistan bayrağı altında 18 gəmi və 485 hindistanlı dənizçi qalır.

Bu həftənin əvvəlində İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Hörmüz boğazından keçid dost ölkələr üçün açıqdır. "Biz Çin, Rusiya, Hindistan, İraq və Pakistanın keçidinə icazə vermişik", - deyə o söyləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Qardaş ölkə hərbi əməliyyata başladı: Qoşunlar sərhədi keçdi