ABŞ Prezidenti Donald Trump Belarus lideri Aleksanandr Lukaşenko ilə görüş keçirməyi planlaşdırır.
Modern.az-ın məlumatına görə, bu barədə Donald Tramp “Truth Social” hesabında paylaşım edib.
Onun sözlərinə görə, ötən həftə Belarusda səfərdə olan xüsusi nümayəndəsi Con Koul Aleksandr Lukaşenko ilə danışıqlar nəticəsində daha 250 məhbusun azad edilməsinə nail olub.
Tramp qeyd edib ki, ötən ilin may ayından etibarən Lukaşenko tərəfindən əfv olunan məhbusların ümumi sayı 500-ü ötüb.
ABŞ Prezidenti Belarus liderinə təşəkkürünü ifadə edərək bildirib ki, onunla növbəti Sülh Şurası iclası çərçivəsində görüşü səbirsizliklə gözləyir.