İranın Ali Lideri Ayətullah Müctəba Xamenei “Hizbullah” təşkilatının baş katibi Şeyx Naim Qasıma məktub göndərib.
Modern.az xəbər verir ki, Press TV-nin məlumatına görə, Müctəba Xamenei İranın Amerika-İsrail koalisiyasına qarşı müqaviməti dəstəkləməyə davam edəcəyinə söz verib.
Müctəba Xamenei mesajında qeyd edib ki, bu siyasət İranın mərhum Ali Lideri Ayətullah Seyid Əli Xamenei və “Hizbullah”ın mərhum baş katibi Seyid Həsən Nəsrullahın izlədiyi yola əsaslanır.