Modern.az

Ermənistana yük aparan maşını raketlə vurdular

Ermənistana yük aparan maşını raketlə vurdular

Dünya

Bu gün, 10:23

BƏƏ-dən Ermənistana gedən konteyner daşıyan yük maşını İranda raket zərbəsinə məruz qalıb.

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Məlumata görə, hadisə bir neçə gün əvvəl Ermənistan-İran sərhədində yerləşən “Norduz” nəzarət-keçid məntəqəsindən təxminən 500 km məsafədə baş verib. Bildirilir ki, bu, ilk belə haldır.

Yük maşının avtohidravlik qaldırıcı daşıdığı qeyd olunur.

Mərminin düşdüyü anda sürücü (İran vətəndaşı) hadisə yerində olmayıb. Yük maşınının park edilmiş vəziyyətdə olması nəticəsində insidentdə xəsarət alan olmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!