Modern.az

Mərhumu mənzildə dəfn etmək qadağan olunur

Mərhumu mənzildə dəfn etmək qadağan olunur

Dünya

Bu gün, 11:19

Çində 2026-cı il martın 30-dan etibarən dəfn mərasimlərinin təşkili ilə bağlı yeni qaydalar qüvvəyə minib.

Modern.az xəbər verir ki, yeni qaydalara əsasən, yaşayış mənzillərinin yalnız mərhumların külünün saxlanılması məqsədilə istifadəsi qadağan olunub.

Bu qərarın qəbuluna səbəb son illərdə ölkədə “kolumbarium mənzillər”in yayılmasıdır. Belə ki, bəzi vətəndaşlar adi yaşayış binalarındakı mənzilləri yaşayış üçün deyil, vəfat etmiş yaxınlarının külünü saxlamaq üçün istifadə etməyə başlayıblar.

Bu tendensiya əhalinin qocalması, daşınmaz əmlak bazarında yaranmış böhran və xüsusilə iri şəhərlərdə qəbiristanlıqlarda yer çatışmazlığı fonunda daha da geniş yayılıb.

Məlumata görə, 2021-ci ildən başlayan mənzil böhranı nəticəsində Çində on milyonlarla boş mənzil yaranıb. Bu mənzillər hələ də satılmayıb və qiymətlər aşağı düşsə də, qəbir yerlərinin qiyməti əksinə artmaqdadır.

Belə ki, 2023-cü ildə Şanxaydakı Sunxeyuan qəbiristanlığında sahəsi cəmi 0,6 kvadratmetr olan bir məzar yeri 342 min yuan (təxminən 50 min ABŞ dolları) qiymətinə satılıb. Bu isə vahid sahə üzrə şəhərdəki ən bahalı elit mənzilləri belə geridə qoyub.

Mövzu Çin sosial şəbəkələrində geniş müzakirələrə səbəb olub. Lakin daha münasib qiymətli qəbiristanlıqlar belə bir çox sakin üçün əlçatmaz olaraq qalır.

Məsələn, 2024-cü ildə Pekin sakini “Legal Daily” nəşrinə bildirib ki, paytaxtın uzaq ərazilərində yerləşən adi qəbiristanlıqlarda belə məzar yerlərinin qiyməti 100 min yuan (təxminən 15 min dollar) civarındadır. Bu səbəbdən o, paytaxtdan təxminən 200 kilometr məsafədə yerləşən Canqciakou şəhərində mənzil alaraq yaxınlarının külünü orada saxlamağa üstünlük verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!