Modern.az

Təyyarə qəzasında ölənlərin sayı 30-a çatdı

Təyyarə qəzasında ölənlərin sayı 30-a çatdı

Dünya

Bu gün, 11:37

Rusiyanın ilhaq etdiyi Krımda An-26 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

Modern.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin açıqlamasına görə, martın 31-də baş verən hadisə zamanı təyyarənin göyərtəsində 30 nəfər – 27 sərnişin və 3 ekipaj üzvü olub.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi təyyarədə 29 nəfərin olduğunu bildirmişdi.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 351-ci maddəsi (uçuş qaydalarının pozulması) üzrə cinayət işi başlanıb.

Məlumata görə, təyyarə qayaya çırpılıb.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, təyyarəyə kənardan hər hansı zərbə təsiri olmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!